Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2019 14:28
"Oyuna yaxşı başladıq, erkən qol da vurduq. Fasilədən sonra arxaya oturduq. Bunun da nəticəsində qol buraxdıq. Amma bütövlükdə götürsək, normal çıxış etdik".
Qol.az-ın məlumatına görə, bunu "Sabah" komandasının futbolçusu Məqsəd İsayev səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 25 yaşlı müdafiəçi bildirib ki, son dəqiqələrdə qol buraxmaları gözlənilən idi: "Çünki arxada çox oturmuşduq. Bunun da səbəbi rəqibin böyük təzyiqi idi. Həm də "Zirə"nin etdiyi iki əvəzləmənin böyük təsiri oldu".
İsayev qeyri-sabit çıxış etmələrinə də aydınlıq gətirib: "Nəyə görəsə daim ikinci hissədə arxaya otururuq. Bunu da düzəltməyə çalışacağıq. Digər tərəfdən, yeni legionerlər hələ komandaya uyğunlaşmayıblar. Gələcəkdə yaxşı olacağını düşünürəm".
Qeyd edək ki, Məqsəd İsayev "Zirə" ilə matçda sonadək meydanda olub.