Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtomobilində qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb - FOTO

Avtomobilində qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb - FOTO

Tarix: 5 Yanvar 2022 19:44

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları avtomobildə qanunsuz odlu silah gəzdirən şəxsi saxlayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə,"VAZ-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü Emil Hacıyev yol hərəkəti qaydalarını pozduğu üçün inspektor tərəfindən ona "saxla" işarəsi verilib. Polis əməkdaşı avtomobilə yaxınlaşdıqda oturacağın üzərində ov tüfənginin olduğunu görüb və yoxlama zamanı həmin "İJ" markalı odlu silahın müvafiq sənədlərinin olmadığı, eləcə də daşınma qaydalarının pozulduğu aşkarlanıb.

E.Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Milli.Az


Etiketlər:  Avtomobilində qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ