Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2022 08:38
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusa yoluxanların sayının 290 milyon nəfəri, ölənlərin sayının isə 5,44 milyonu keçdiyini bildirib.
Məlumata görə, ÜST 290 959 532 yoluxma və 5 446 753 ölüm haqqında məlumat əldə edib. Ümumilikdə, sutka ərzində yoluxanların sayı 1 276 532 nəfər, ölənlərin sayı 4 632 nəfər artıb.
Son bir həftə ərzində gündəlik altı dəfə bir milyondan çox yoluxma artımı qeydə alınıb. Pandemiyanın bütün dövrü üçün (2020-ci ilin yazından bu günə kimi-red) antirekord 2022-ci il yanvarın 1-də qeydə alınıb. Həmin gün 1 859 485 yoluxma halı qeydə alınıb. ÜST-ün statistikası yalnız dövlətlər tərəfindən verilən yoluxmuşlar və ölümlər haqqında rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır.
Qeyd edilir ki, ÜST-ə bildirilən ən çox koronavirusa yoluxma halı ABŞ-da olub. Birləşmiş Ştatlarda ümumilikdə 54 910 550 yoluxma qeydə alınıb.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Bizim Instagram səhifəmizə abunə olun