Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mançester Yunayted”də üç futbolçu Ronalduya qarşı: Adları açıqlandı

“Mançester Yunayted”də üç futbolçu Ronalduya qarşı: Adları açıqlandı

Tarix: 6 Yanvar 2022 17:26

"Mançester Yunayted"də bəzi futbolçular Kriştianu Ronaldunun ehtiyatda saxlanıla bilməməsi, həmçinin komandadakı mövqeyindən narazıdır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sözügedən futbolçuların Harri Maquayr, Meyson Qrinvud və Edinson Kavani olduğu bildirilir.

Bəzi mənbələr hətta komandanın üzvlərinin Kriştianu Ronaldunun "Mançester Yunayted"in portuqaldilli futbolçuları - Brunu Fernandes, Dioqu Dalot, Fred və Aleks Telles təsirindən də narahatdırlar.

Qeyd edək ki, buna qədər klubun keçmiş futbolçusu Hari Nevil də "Mançester Yunayted"in soyunub-geyinmə otağında baş verənlərlə bağlı şayiələri eşitdiyini bildirib. O, komanda üzvləri arasında görüş keçirilməsini və problemin həll edilməsini tövsiyə etmişdi.


Etiketlər:  Mançester Yunayteddə üç futbolçu Ronalduya qarşı Adları açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ