Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2022 08:36
Hal hazırda xərçəng xəstəliklərinin əksər hissəsi ilkin mərhələlərdə çox uğurla müalicə olunur və insan tam sağalır.
Təəssüf ki, bir çox onkoloji xəstələr mütəxəssislərin "əlinə" xəstəliyin gecikmiş mərhələlərində düşür. Bu səbəbdən müasir onkologiyanın əsas problemi onkoloji xəstəliklərin vaxtında aşkar edilməsidir.
Rusiya kliniki onkologiya cəmiyyətinin (RUSSCO) ekspertləri şiş xəstəliyinə işarə edən 6 qrup simptom açıqlayıblar. Alimlər vurğulayır ki, bu simptomların olması heç də 100% hallarda onkoloji diaqnoz demək deyil. Lakin yoxlanmaq daha yaxşı olar.
Saglamolun.az sizə bu simptomları təqdim edir.
1. Bədənin istənilən hissəsində şiş, vəz və s. bu kimi yenitörəmələrin əmələ gəlməsi.
2. 3 həftədən artıq keçməyən öskürək, səsin dəyişilməsi, boğuq olması, təngənəfəslik.
3. Bəlğəmdə, sidikdə, nəcisdə qan izləri. Menstruasiya ilə bağlı olmayan qanaxmalar, menopauza zamanı qanaxmalar.
4. Dəri və selikli qişalarda 3 həfətədən artıq sağalmayan yara və xoralar.
5. Yeni xalların əmələ gəlməsi, köhnə xalların dəyişilməsi (tündləşmə, deformasiya, böyümə).
6. Sidik kisəsinin və ya bağırsaqların fəaliyyətinin (qəbizlik və ya ishal) pozulması.