Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2019 10:32
Bakı. Trend:
Müasir həyatın daimi gərginliyi və əsəbiliyi stressi insanlarda daimi yoldaş edib. Son analizlər göstərir ki, insan resursların 1,3%-i stress, depressiya və həyəcan kimi vəziyyətlərdən əziyyət çəkirlər. Stress psixi xəstəliklərin, xüsusən, əvvəlcə nevrozların, sonra isə depressiyanın, həyəcanın və yuxususluğun yaranmasına səbəb olur.
Stressin yayılması. ÜST məlumatlarına görə, əsas xəstəliklərin arasında 2020-ci ildə depressiv pozulmalar dünyada ikinci yerdə olacaqldır. Həyəcan – insanlarda qorxu ilə bağlı adi bir emosiyadır və psixoloji mühitə qarşı adaptasiya mexanizmi kimi çalışır. Bütün dünyada hər beş insandan birinin həyatında heç olmasa bir dəfə həyəcan pozulmaların kliniki əlamətləri müşahidə olunur. Həyəcan pozulmaları rast gəlinən insanlarda yuxusuzluq müşahidə olunur. Yuxusuzluq əhali arasında əhəmiyyətli dərəcədə fiziki pozulmalar yaradan geniş yayılmış problemdir. Dünya əhalisinin 9-15%-i yuxusuzluqdan əziyyət çəkir. Depressiya, həyəcan və yuxusuzluq psixiatrik xəstəliklər ilə yanaşı olan geniş yayılmış psixi pozulmalardır. İndiki zamanda dərman müalicəsi daha çox əhval pozulmalarında istifadə olunan üsuldur.
Stressin fitoterapiyası. Fitoterapiya daha tez-tez istifadə olunan qeyri-ənənəvi təbabətin formasıdır. Amerikanın yaşlı əhalisinin 18,6%-dan çoxu 1997-ci il ilə müqaisədə 2002-ci ildə müalicə məqsədi ilə 15% daha çox bitkilərdən istifadə ediblər. Stressin müalicədə istifadə oluna bilən bitkilər sakitləşdirici, yuxugətirici və həyacan əleyhinə təsir malik olmalıdırlar. Aşağıda bu təsirə malik, daha geniş tətbiq olunan bitkilər haqqında qısa məlumat verilir.
Pişikotu (Valeriana officinalis L.) – pişikotun kökü psixi aktivliyə daha çox malik olan vasitə sayılır, onun ekstraktları isə yuxugətirici və həyacan əleyhinə vasitə kimi istifadə olunur. Kliniki tədqiqat göstərib ki, pişikotu adaptasiya pozulması olan həyacanlı pasiyentlərdə həyacan əlamətlərin azalmasında effektivdir. Mayaotu (Humulus lupulus L.) – sedativ və həyacan əleyhinə (anksiolitik) təsir göstərə bilir, yuxunu yaxşılaşdırır. E Komissiyası tərəfindən mayaotu yuxululuq qətirən vasitə kimi təstiq olunub. Çobanyastığı (Matricaria chamomilla L.) - yuxu pozulmalarında və həyacan vəziyyətlərində istifadə olunur. Daziotu (Hipericum perforatum L.) - stresin müalicəsində və depressiv vəziyyətlərdə antidepressant kimi istifadə olunur. Bədrənc (Melissa officinalis L.) - ənənəvi olaraq yumşaq sedativ və həyacan əleyhinə vasitə kimi istifadə olunur. Əsəbiliyin və yuxusuzluğun müalicəsində E Komissiyası tərəfindən təstiq olunub və xalq təbabətində həyacan vəziyyətlərində, mədə xəstəliklərində (streslə bağlı), isteriya, melanxoliya, miqren, baş ağrılarında istifadə olunur. Passiflora (Passiflora incarnata L.) – yüngül psixi streslərin əlamətlərin yüngülləşməsində, yuxunun yaxşılaşmasında və həyacan vəziyyətlərinin aradan götürülməsində istifadə olunur. Depressiya, yuxusuzluq, həyacan əlamətləri olan pasiyenlər bu vəziyyətlərdən azad olmaq üçün həkim məsləhətindən sonra tərkibində sakitləşdirici bitkilər saxlayan vasitələrdən istifadə edə bilərlər.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 – təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün +99455 355 77 00 (whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz. Çatdırılma ÖDƏNİŞSİZDİR.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin