Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bankların sərmayə bazarında birbaşa iştirakı - VİDEO

Bankların sərmayə bazarında birbaşa iştirakı - VİDEO

Tarix: 10 Yanvar 2022 19:38

Bu ildən Azərbaycan banklarının kapital bazarında birbaşa iştirakı təmin ediləcək. Bu barədə Azərbaycan Mərkəzi Bankının "2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə" bəyanatında deyilir.

Sonxeber.net RealTV-yə istinadən xəbər verir ki,iqtisadçı ekspert Xalid Kərimlinin fikrincə, bu, Azərbaycanda kapital bazarının yaranması istiqamətində atılan növbəti addımdır. Onun sözlərinə görə, hazırda bu bazarın formalaşdırılması Azərbaycanın iqtisadi-maliyyə siyasətinin mərkəzində durur.

Və bu doğru yanaşmadır. Çünki inkişaf eləmiş ölkələrdə ciddi və güclü kapital bazarları var və şirkətlər öz layihələri üçün vəsaitləri adətən səhm, yaxud istiqraz buraxmaqla bu bazarlardan yığır.

"Azərbaycanda bu bazarı hələ də formalaşdırmaq imkanlarımız məhdudur...Bütün bu addımlar kapital bazarının formalaşmasına səbəb olmayıb".

Yəni hazırda Azərbaycanın fond bazarında səhmləri alınıb-satılan şirkətləri barmaqla saymaq mümkündür. Faktiki olaraq, ölkədə səhmlərin alınıb-satılması müşahidə edilmir. Bazarda bu qəbildən olan işləri bir neçə iri investisiya şirkəti həyata keçirir. Bu şirkətlər investorlardan - hüquqi şəxslərdən, fiziki şəxslərdən vəsaitləri alaraq, onların adından fond bazarı alətlərinə yönəldirlər. Yerli fond bazarının inkişaf etməməsi üzündan bu vəsaitlər adətən xarici fond bazarlarına yerləşdirilir. Bu yolla pul qazanan Azərbaycan vətəndaşlarının sayı çox azdır, uzağı yüzlərlə ölçülə bilər. Amma ABŞ-ın əmək qabiliyyətli vətəndaşlarının üçdə biri öz vəsaitlərini məhz fond bazarında iştirak etməklə artırırlar.

"2022-ci ildən Mərkəzi Bank birbaşa olaraq kommersiya banklarının investisiya şirkətləri olmadan kapital bazarında öz adlarından və öz vəsaiti ilə kapital bazarı instrumentlərinə investisiya yatırmağa icaz verib. Bu addım bazarın bir qədər inkişafına gətirib çıxaracaq addımdır. Düzdür, banklar bu əməliyyatları indiyə qədər də edirdilər, lakin bunu investisiya şirkətlərinin vasitəsi ilə edirdilər. Burda müəyyən qədər gəlirlərin bölüşdürülməsi həyata keçirilirdi. Düzdür, bu addım investisiya şirkətlərinin gəlirliyinin bir qədər azalmasına səbəb ola bilər. Lakin nəzərə almaq lazımdır ki, kapital bazarındakı indiki vəziyyət öz potensial inkişafının 1-2 faizin əhatə eləmir".

Bankların bu sektora daxil olmasının hər şeydən öncə, ölkədə iqtisadiyyatın kreditləşdirilməsi istiqamətində mövcud problemlərin həllində yardımçı olacaq. Sirr deyil ki, Azərbaycanda kreditləşdirmə səviyyəsi çox aşağıdır və 15 milyard manata bərabər kreditləşdirmə, ölkə ümumi daxili məhsulunun 20 faizindən də aşağı bir rəqəmdir. Halbuki, inkişaf etmiş ölkələrdə bu göstərici 250 faizə qədər qalxır. Azərbaycan banklarının kreditlərində riskli istehlak kreditlərinin payı daha çoxdur. Yəni banklar kreditləşdirmə yolu ilə əllərindəki vəsaitləri uzunmüddətli layihələrə yatıra bilmirlər. Amma yeni Mərkəzi Bankın yaratdığı imkan onların real sektora sərmayə yatırmasını asanlaşdıracaq.

"Müasir dövrdə xüsusən də startapların kredit cəlbində haqlı olaraq narazılıqlarını və şikayətlərini görürük...müasir dövrün startarpları olan, gələcəyin biznesi olan alternativ enerji, elektrik batareyaları, süni intelekt şirkətləri və digər bu cür texnoloji şirkətlər ilkin dövrdə pulu kapital bazarlarından cəlb edə bilirlər".

Mərkəzi Bankın bu addımı həm də Azərbaycan iqtisadiyyatına sərmayə yatırmaq istəyən, amma bunu kreditləşdirmə yox, ortaqlıq yolu ilə həyata keçirmək istəyən xarici bankların da yolunu açır. Adətən belə maliyyə qurumları etibarlı saydıqları biznesə ortaq kimi sərmayə yatırırlar, idarəetməyə müdaxilə etmədən sadəcə gəlirə ortaq olurlar. Belə qurumların vasitəsi ilə Azərbaycan iqtisadiyyatının uzunmüddətli kreditlərə ehtiyac duyan sektorlarını dirçəltmək mümkündür.


Etiketlər:  Bankların sərmayə bazarında birbaşa iştirakı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ