Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Emreli ''Legiya''nı məhkəməyə verdi

Emreli ''Legiya''nı məhkəməyə verdi

Tarix: 10 Yanvar 2022 21:02

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sını məhkəməyə verib.

Sonxeber.net report-a istinadən bildirir ki, 25 yaşlı hücumçu Varşava təmilçisinin ona olan borcuna görə bu addımı atıb.

Forvard paytaxt klubundan həm məvacibinin qalan hissəsini, həm də müqaviləsinə xitam verilməsini tələb edir.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.


Etiketlər:  Emreli Legiyanı məhkəməyə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ