Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belçikalı deputat Eden Azarı ələ salıb

Belçikalı deputat Eden Azarı  ələ salıb

Tarix: 11 Yanvar 2022 21:38

Belçikalı deputat Jan-Mari Dedeker milli komandanın və İspaniya "Real Madrid"inin futbolçusu Eden Azarı ələ salıb.

Milli.Az "Report"a istinadən bildirir ki, siyasətçi "Sport Voetbal Magazine" nəşrinə açıqlamasında 32 yaşlı yarımmüdafiəçini pul və sistemin qidalandırdığı gombul adlandırıb.

Dedekerin sözlərinə görə, Azar bir dəfə yığmanın oyununda əvəzləndikdən sonra stadionu tərk edərək hamburger yeyib: "Məncə, o, artıq idmançı deyil, gec-tez bunu başa düşəcəklər. Yenə də belə bir insan hər gün qəzet səhifələrinə çıxır".

Qeyd edək ki, Eden Azar "Real Madrid"ə 2019-cu ilin yayında İngiltərənin "Çelsi" klubundan keçib.

Milli.Az


Etiketlər:  Belçikalı deputat Eden Azarı ələ salıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ