Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Körpə 1 yaşa qədər hansı müayinələrdən keçməlidir?

Körpə 1 yaşa qədər hansı müayinələrdən keçməlidir?

Tarix: 12 Yanvar 2022 23:30

1 yaşa qədər vacib olan həkimlərin müayinələrdən keçmək gələcəkdə ciddi sağlamlıq problemlərin qarşısını almağa kömək edə bilər. Körpəlik dövründə aşkar edilən xəstəliklər uğurla müalicə edilə bilər.

Sonxeber.net doğulandan 1 yaşa qədər körpənin hansı aylarda hansı analizlərdən keçməli olduğunu təqdim edir.

2 həftəyə qədər yeni doğulmuş uşağın skrininqi - cərrah pediatr, göz həkimi, nevroloq

1 ayında. Həkimlər: pediatr (ümumi müayinədən əlavə, anadangəlmə metabolik və genetik xəstəliklərin skrininqi də aparılır); uşaq cərrahı; nevroloq; oftalmoloq. Müayinələr: qarın boşluğunun USM-si, beynin USM-si (neyrosonoqrafiya), Exo-KQ, audioskrininq.
2 ayında. Həkimlər: pediatr, nevroloq (1 ayda müayinədə olmadıqda). Müayinələr: qanın ümumi analizi, sidiyin ümumi analizi.

4 ayında. Həkimlər: pediatr, ortoped-travmatoloq.

6 ayında. Həkimlər: pediatr, uşaq cərrahı, nevroloq. Müayinələr: qanın ümumi analizi, dəmir qanda, sidiyin ümumi analizi, Exo-KQ.

9 ayında. Pediatr tərəfindən müayinə. Müayinələr: qanın ümumi analizi, sidiyin ümumi analizi.

1 yaşında. Həkimlər: pediatr, uşaq cərrahı, oftalmoloq, otorinolarinqoloq (ENT), stomatoloq. Müayinələr: qanın ümumi analizi, qanda qlükoza, sidiyin ümumi analizi, EKQ. /medicina.az


Etiketlər:  Körpə yaşa qədər hansı müayinələrdən keçməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ