Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir bağçada tərbiyəçinin körpəyə qarşı vəhşiliyi görüntüləndi - YENİLƏNİB - VİDEO

Daha bir bağçada tərbiyəçinin körpəyə qarşı vəhşiliyi görüntüləndi - YENİLƏNİB - VİDEO

Tarix: 13 Yanvar 2022 23:34

23:33

Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə videogörüntülər yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib ki, hazırda yayılan görüntülərin nə vaxt və hansı bağçada baş verməsi ilə bağlı araşdırma aparılır.

"Araşdırmanın nəticəsi barədə məlumat veriləcək", deyə qurum rəsmisi bildirib.

23:23

Azərbaycanda bağça tərbiyəçilərinin körpələrə qarşı vəhşiliyi səngimək bilmir.

Milli.Az xəbər verir ki, özünü "tərbiyəçi" bilən qadının azyaşlıya qarşı tərbiyəsiz hərəkəti bir daha insanları övladlarını bağçaların ümidinə buraxarkən düşünməyə vadar edir.

Sosial şəbəkədə yayılan bu görüntü insanların haqlı hiddətinə və narazılıqlarına səbəb olub.

Belə ki, 2-3 yaşarası məsum körpənin qidanı ağzında saxlayarkən görüntüsünü çəkməyə cəhd edən zalım tərbiyəçinin düşdüyü vəziyyət əslində əksər bağçalarda mövcud olan durumu göstərir.

Görüntülər insanların narazılığına səbəb olub.

Daxili İşlər Nazirliyindəncavab olaraq bildirib ki, görüntülərdən məlumatlıdırlar və məsələ araşdırılır.

Qeyd edək ki, dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyindədir.

Milli.Az


Etiketlər:  Daha bir bağçada tərbiyəçinin körpəyə qarşı vəhşiliyi görüntüləndi YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ