Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncənin mediasiya təşkilatı Mediasiya Şurasına qoşuldu

Gəncənin mediasiya təşkilatı Mediasiya Şurasına qoşuldu

Tarix: 14 Yanvar 2022 12:40

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun verdiyi məlumata görə, Gəncə şəhəri üzrə dövlət qeydiyyatına alınmış Gəncə 1 saylı mediasiya təşkilatının "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın apardığı monitorinqin nəticələri barədə rəyi Mediasiya Şurasının İdarə Heyətinə təqdim edilib.

Sonxeber.net Azərbaycan Mediasiya Şurasına istinadən bildirir ki, rəyə, Mediasiya təşkilatlarının "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunu  ilə müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın sədri Bəylər Məmişovunda iştirakı ilə İdarə Heyətinin iclasında baxılıb.

Komissiyanın sədri məruzə edərək bildirib ki, Gəncə şəhərində fəaliyyət göstərmək üçün Mediasiya Şurasına müraciət etmiş Gəncə 1 saylı mediasiya təşkilatının yerləşdiyi ofisə mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış  şəraitin monitoriqi həyata keçirilmiş və onların "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluğu komissiya üzvləri tərəfindən məqsədə uyğun hesab edilib.

İdarə Heyətinin üzvlərinin fikirləri, Xüsusi Komissiyanın rəyi nəzərə alınaraq İdarə Heyətinin yekdil qərarı ilə  Gəncə 1 saylı mediasiya təşkilatının Şuranın üzvlüyünə qəbul edilməsi və onlar barədə məlumatların mediasiya təşkilatları reyestrə daxil edilməsi qərarı verilib.

Mediasiya Şurası Gəncə şəhərinə aid olan inzibati rayonların (Kəpəz və Nizami rayonları) və Goranboy, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Daşkəsən, Samux rayonları üzrə müraciətçilərin nəzərinə çatdırır ki, 15 yanvar 2022-ci il tarixindən qeyd edilən ərazilər üzrə müraciətlərin qəbulu Mediasiya Şurası tərəfindən aparılmayacaq. Qeyd edilən tarixdən etibarən müraciətlər yalnız Gəncə 1 saylı mediasiya təşkilatları tərəfindən aparılacaq.


Etiketlər:  Gəncənin mediasiya təşkilatı Mediasiya Şurasına qoşuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ