Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ən baha torpaq hansı ərazidədir? - VİDEO

Bakıda ən baha torpaq hansı ərazidədir? - VİDEO

Tarix: 14 Yanvar 2022 13:52

Dekabr ayının sonu, yanvar ayının əvvəlində Bakıda bir sot torpağın orta qiyməti 18 800 manata yaxın olub ki, bu da ötən ayla müqayisədə 7 faizə qədər artım deməkdir.

Bunu daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

O bildirib ki, şəhərin mərkəzi ərazilərində satışa çıxarılan torpaq sahəsinə nadir hallarda rast gəlinir və bu, satılan torpağın qiymətinin artmasına səbəb olur. Hətta elə hallar olur ki, belə torpaqların satışı sotla deyil, kvadratmetrlə qimətləndirilir. Lakin buna baxmayaraq, satış qiyməti ucuz olan torpaq sahələri də var.

Ekspert onu da bildirib ki, torpaq sahəsinin qiyməti  bazar qiymətindən və torpaq sahibindən əlavə olaraq torpaq sahəsinin təyinatı, quruluşu və ərazisi də mühüm rol oynayır. Dekabr ayının sonuna olan statistik rəqəmlər göstərir ki, ən ucuz torpaq sahəsi Abşeron rayonu, Məhəmmədi qəsəbəsindədir. Burada 1 sotun qiyməti 1000 manata təklif olunub. Ən baha torpaq sahəsi isə Nərimanov rayonundadır. rayon ərazisində 1 sot torpağın qiyməti 300 min manata təklif olunub.

Sonxeber.net xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Bakıda baha torpaq hansı ərazidədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ