Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Piyadalar üçün təhlükəli olan yolda keçid inşa olunur - FOTO

Piyadalar üçün təhlükəli olan yolda keçid inşa olunur - FOTO

Tarix: 15 Yanvar 2022 08:26

Tez-tez piyada vurulması hallarının baş verdiyi Mərdəkan şosesi ilə Qala-Pirallahı yolunun kəsişməsində yerüstü piyada keçidinin inşasına başlanılıb.

Artıq piyada keçidinin yeri müəyyənləşdirilib və ilkin işlər də görülüb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2019-cu ildə yaydığı məlumata görə, müasir görünüşü ilə fərqlənən keçidin ümumi uzunluğu 91,5 metr, qalereyanın uzunluğu 62,9 metr, daxili eni 4,5 metr, keçidaltı qabariti isə 5,35 metr olacaq.

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun xüsusi maillikli piyada pandusları quraşdırılacaq. Pandusların hər birinin uzunluğu 42 metr təşkil edəcək.

Milli.Az


Etiketlər:  Piyadalar üçün təhlükəli olan yolda keçid inşa olunur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ