Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2022 12:36
Milliyyətcə erməni olan ukraynalı siyasi ekspert Rüstəm Aloyan deyib ki, Ermənistanda baş nazir kimi azərbaycanlı təyin edilsə, onu dəstəkləyəcək.
Sonxeber.net bildirir ki, Ukrayna Kürd İcmasının sədr müavini, yezidi kürd olduğunu desə də, milli mənsubiyyətcə erməni R.Aloyan daha sonra vurğulayıb:
"Bilirsiniz niyə mən bunu dəstəkləyirəm?! Ermənistanda iki rəhbər var: prezident və baş nazir. Əgər onlardan biri azərbaycanlı olarsa, bu, Azərbaycanla sülhə gətirib çıxarar. "Əgər mən Ermənistanın prezidenti olsaydım və Azərbaycan, həmçinin Türkiyə xalqları ilə sülhsevər, yaxşı münasibətlər qurmaq istəsəydim, erməni xalqına hörmət edən, Ermənistan iqtisadiyyatının və ölkələr arasında dostluq əlaqələrinin inkişafı üçün çalışmağa hazır olan azərbaycanlını baş nazir təyin edərdim".