Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkənin əhalisi 390 min nəfər azaldı

Bu ölkənin əhalisi 390 min nəfər azaldı

Tarix: 15 Yanvar 2022 19:36

Xorvatiyanın əhalisi 2011-2021-ci illər ərzində 390 min nəfər azalıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu məlumat ötən il keçirilən əhalinin siyahıyaalınmasının ilk nəticələrinin təqdimatı zamanı açıqlanıb. 2011-ci il siyahıyaalma hesabatına görə, ölkədə 4 milyon 284 min 889 nəfər əhali var idi. İndi isə ölkənin əhalisi 3 milyon 888 min 529 nəfərdir. Statistika İdarəsinin direktoru Lidiya Brkoviç qeyd edib ki, siyahıyaalma mühacirləri əhatə etmir və 2021-ci il avqustun 31-nə qədərki demoqrafik şəraiti əks etdirir. "İlk nəticələrə görə, əhalinin ümumi sayı 3 milyon 888 min 529 nəfərdir. Bunu 2011-ci illə müqayisə etsək, əhalinin sayı 9,5 faiz və ya 390 min nəfərdən çox azalıb", - deyə Brkoviç vurğulayıb.x

Onun sözlərinə görə, əhalinin minimum azalması Zaqreb bölgəsində, ən çox azalma isə Vukovar-Sriem bölgəsində qeydə alınıb.

Milli.Az


Etiketlər:  ölkənin əhalisi nəfər azaldı


RƏYLƏR