Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Gəncə avtobusu piyadaya görə qəza etdi - DİN araşdırmalara başladı

Bakı-Gəncə avtobusu piyadaya görə qəza etdi - DİN araşdırmalara başladı

Tarix: 2 Sentyabr 2019 17:56

Bakı. Ceyhun Ələkbərov - Trend:

Gəncədən Bakıya gələn sərnişin avtobusu paytaxta girişdə qəzaya uğrayıb.

Bu barədə Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, qəzaya səbəb avtobusun yoluna piyadanın çıxması olub:

"Səhər saatlarında Gəncədən Bakıya gələn sərnişin avtobusu qəzaya uğrayıb. Buna səbəb isə magistral yolda avtobusun yoluna piyadanın çıxmasıdır. Sürücü onu vurmamaq üçün manevr edib və nəticədə qəza törədib. Avtobusun salonunda sərnişin olmayıb, yalnız iki dispetçer, sürücü və daşıyıcı şirkətin nümayəndəsi olublar, xoşbəxtlikdən də onlar heç bir xəsarət almayıblar".

N. Allahyarova əlavə edib ki, baş vermiş hadisə ilə bağlı polis araşdırmalara başlayıb:

"Artıq bu iş nəzarətə götürülüb. Daxili İşlər Nazirliyində, istintaq gedir, araşdırmalar başlanılıb. Qəzaya uğrayan avtobus isə evakuasiya olunaraq qaraja aparılıb".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Gəncə avtobusu piyadaya görə qəza etdi DİN araşdırmalara başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ