Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2022 09:00
London Onkologiya Mərkəzinin alimi Makmillan Kris Stil xərçəng xəstəliyi ilə bağlı açıqlama verib.
Ölkə.Az xəbər verir ki, məşhur alim xərçəng xəstəliyinin əsas 7 simptomunu açıqlayıb və qeyd edib ki, bu simptomlar üzə çıxanda dərhal onkoloq-həkimə müraciət etmək lazımdır.
Alim simptomlar arasında xüsusilə bunları vurğulayıb:
- bağırsağın və ya sidik kisəsinin fəaliyyətindəki qəfil dəyişiklik,
- izah edilməyən qanaxma,
- sinə və ya digər hissədə qalınlaşma,
- udma zamanı çətinlik yaranması,
- bədəndəki xalın rəng və ölçüsünün dəyişməsi,
- ağır və xırıltılı öskürək,
- uzun müddət sağalmayan yara olduğunu xüsusilə qeyd edib.
Stil əlavə edib ki, yuxarıda sayılan simptomlar onkologiya ilə bağlı olmaya da bilər. Amma bununla belə, əgər bu simptomlar üzə çıxıbsa, həkimə müraciət edilməlidir.
Britaniyalı alim xatırladıb ki, əgər zamanında düzgün diaqnoz qoyulsa, 10 xərçəngin 4-ünü müalicə etmək və ya qarşısını almaq mümkündür.