Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2022 23:03
Böyrək implantasiyası əməliyyatından sonra yüksək karbohidratlı qidaların orqanizmə necə təsir göstərəcəyini öyrənmək üçün yüksək karbohidratlı məhsullar haqqında bəzi faktları bilmək zəruridir.
Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, bu faktlar barədə nefroloq Barat Yusubov məlumat verib.
Həkimin sözlərinə görə, orqanizm karbohidratları şəkər və nişastadan (kraxmal) alır. Bu məhsullar orqanizmi enerji ilə təmin edir.
"Ancaq pasientlər steroid preparatları qəbul etdiyi üçün orqanizm bu əlavə karbohidratları istifadə edə bilmir. Nəticədə qanda şəkərin səviyyəsi artır və diabet xəstəliyinə səbəb olur", - deyə nefroloq B.Yusubov vurğulayıb.