Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2022 17:15
Ötən gün Xalq artisti İlham Namiq Kamal açıqlamasında indiki dövrdə televiziyalarımızda teletamaşaların yoxa çıxmasından gileylənmişdi.
Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı moderator.az-a danışan prodüser Elməddin Cəfərov bu ənənənin dövlət televiziyalarında daha baxımlı ola biləcəyini qeyd edib:
"İlham Namiq Kamalın fikirləri ilə tamamilə razıyam. Biz o sənətkarların filmlərini və teletamaşalarını izləyərək böyümüşük. Onların yaradıcılığını biz və bizdən sonra yetişən nəsil sevərək izləyib. Onlardan ruhlanıb bu sənəti seçmişik. Çox istərdim ki, televiziyalarda yenidən bu tip layihələr olsun. Xüsusən də dövlət- AzTv və İctimai televiziyasında bu layihələri olmasını arzu edərdim. Özəl televiziyaların isə təbii ki, öz seçimidir. Bu gün "Komediaxana" və sair kimi layihələr onların müasir versiyasıdır. Ancaq bu layihələr bizim keçmiş teletamaşalardan götürülməyib. Türklərdən götürülmüş versiyadır. Pis deyil, min şükür, yaxşı baxılır və sevilir. Əslində o cür teletamaşalrın da olması yaxşıdır. Hesab edirəm ki, o layihələr də baxılar və sevilərdi. Biz o televziya tamaşaları ilə böyümüşük, istərdim ki, övladım da onlara baxıb böyüsün. Dövlət telekanallarında bu layihənin həyata keçməsi daha maraq doğuracağını hesab edirəm".