Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2022 17:42
Hökməli qəsəbəsinin yaxınlığından su xətti keçsə də, onlar içməli su üzünə həsrətdilər. Aidiatı qurumlara illərdir edilən müraciətlər isə nəticəsiz qalıb. Belə olan halda sakinlər məcbur qalıb suyu maşınlardan pulla alırlar.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bu şəxslər, yaşadıqları ərazidə su xətlərinin olmamasından şikayətçidir.
Söhbət Abşeron rayon Hökməli qəsəbəsi, Yeni yaşayış massivindən gedir. Sakinlər iddia edirlər ki, dəfələrlə Azərsuya bununla bağlı müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
Sakinlərin sözlərinə görə ərazidə 10 ilə yaxındır yaşayış olmasına baxmayaraq su xətləri çəkilmir...
Onların sözlərinə görə suyu maşınlardan satın alırlar ki, bu da onların ailə büdcəsi üçün əlavə yükdür.
Sözü gedən məsələyə Azərsu açıq səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da münasibət bildirib..
Sakinlər su probleminin tamami ilə həll edləcəyi günü səbrsizliklə gözləyirlər.