Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2019 20:12
Bakı. Trend:
Cənubi Koreyanın Tequ şəhərində qaz sızması nəticəsində 74 məktəbli xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, sızmanın mənşəyi bilinmir.
Qeyd olunur ki, məktəbin yeni rəhbərinin andiçməsi mərasimi zamanı kəskin qoxu yayılmağa başlayıb. Əksər şagirdlər başağrısı və ürək bulanmasından şikayət edib.
Mərasimdə 800-dək şagird olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin