Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vəkil müzakirələrə səbəb olan fikirlərinə münasibət bildirdi - VİDEO

Vəkil müzakirələrə səbəb olan fikirlərinə münasibət bildirdi - VİDEO

Tarix: 19 Yanvar 2022 15:44

"Boşanma gününüzün 02.02.2022 və ya 22.02.2022-ci il tarixdə olması üçün sifariş qəbul olunur. Yerlər məhdud deyil, hər kəsi boşayacaq qədər yerimiz var".

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, vəkil Babək Həmidov öz sosial şəbəkə hesablarında belə bir status yazıb.

Onun bu paylaşımını təkcə instaqramda 1000 nəfərdən çox bəyənib, 400-ə yaxın rəy yazılıb. "Facebook"da isə 109 nəfərin bəyəndiyi bu fikri  202 nəfər gülüşlə qarşılayıb, cəmi 3 vətəndaş məyusluq keçirib.

Statusu oxuyub həvəsə düşənlər və "sırf tarixə düşmək naminə boşanmağa dəyər" deyənlər də olub. Statusa həmçinin "vallah məni yoldan çıxarırsınız","qardaş, bir-iki gün fərq eləsə həmin günə sənədləşdirmək olar?" , "sırf  bu tarixdə boşanmaq üçün evlənmək istədim", "niyabətin başına düşsün" kimi şərh yazılıb.

Statusun müəllifi Babək Həmidov paylaşımı barədə "Xəzər Xəbər"ə danışıb. O qeyd edib ki, statusu zarafat məqsədilə yazıb.

Vəkilin sözlərinə görə, hüquqi olaraq belə bir elanın verilməsi qeyri-mümkündür: "Bunu bilmək kifayətdir ki, statusun bir zarafat olduğunu anlayasan".

Qeyd edək ki, Babək Həmidov Vəkillər Kollegiyasının üzvüdür. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Vəkil müzakirələrə səbəb olan fikirlərinə münasibət bildirdi VİDEO


RƏYLƏR