Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2022 12:08
Suriyanın Hasekə vilayətindəki Əs-Sanaviyə həbsxanasından azı 20 İŞİD döyüşçüsü qaçıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, "Əl-Mayadeen" telekanalı məlumat yayıb.
Bildirilib ki, digər məhbus yoldaşları onların qaçışını asanlaşdırmaq üçün həbsxana girişində iki maşını partladıblar.
Hazırda şəhərə nəzarət edən Suriya Demokratik Qüvvələri Quveyran məhəlləsinə giriş-çıxışı bağlayıb.
Ərazidə helikopterlərlə axtarışlara başlanılıb.
Məlumata görə, türmədən qaçan terrorçular silahlıdır.