Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2022 20:36
Bakıda tikinti şirkəti 70 min manatlıq ağacları kəsib.
Bu barədə Sonxeber.net-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
Onun sözlərinə görə, xidmətin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Rəşid Məmmədov 25 ünvanında ağac kəsintisi faktı müəyyən edilib: "Araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan "XXI əsr Xəzər İnşaat" MMC tərəfindən kəsildiyi və təbiətə 67680 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq".