Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarının təxliyəsinin vaxtı məlum olub

ABŞ Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarının  təxliyəsinin vaxtı məlum olub

Tarix: 22 Yanvar 2022 21:00

ABŞ Dövlət Departamenti Ukraynadakı səfirliyin əməkdaşlarının ailələrinin təxliyəsi barədə göstəriş verib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə "Fox News"un jurnalisti Lukas Tomlinson adları açıqlanmayan ABŞ rəsmilərinə məlumat yayıb.

Məlumata görə, səfirliyin 7 əməkdaşının ailə üzvlərinin təxliyəsi yanvarın 24-dən başlayaraq həyata keçirilə bilər.

Daha əvvəl "Bloomberg" adlarıı açıqlanmayan mənbələrə istinadən xəbər verib ki, yaxın günlərdə ABŞ səfirliyinin əməkdaşlarının ailə üzvlərinin məcburi təxliyəsi planlaşdırılır.


Etiketlər:  ABŞ Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarının təxliyəsinin vaxtı məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ