Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Omikron” ştammının müxtəlif səthlərdə təsir müddəti

“Omikron” ştammının müxtəlif səthlərdə təsir müddəti

Tarix: 23 Yanvar 2022 13:00

"Omikron" ştammı müxtəlif səthlərdə müxtəlif müddətdə canlılığını qoruya bilir.

Bu barədə Rusiyanın "Vektor" Araşdırmalar Mərkəzindən bildirilib.

Mərkəz eyni şəraitdə (nisbi rütubət 30-40 faiz və temperatur 26-28 dərəcə) metal, plastik, keramik plitələrdə və distillə edilmiş suda virusun canlılığını müəyyən etmək üçün təcrübələr aparıb.

"Müəyyən edilib ki, virus ən tez keramika üzərində - 24 saatdan az müddətdə təsirsiz hala gəlir", - deyə hesabatda bildirilir.

Vektor əlavə edib ki, ən effektiv dezinfeksiya üsulu dezinfeksiyaedici vasitələrdən istifadədir.

Milli.Az


Etiketlər:  Omikron ştammının müxtəlif səthlərdə təsir müddəti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ