Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

30 nəfər şaurmadan zəhərləndi

30 nəfər şaurmadan zəhərləndi

Tarix: 3 Sentyabr 2019 13:15

Bakı. Trend:

Odessa vilayətində kütləvi zəhərlənmə baş verib.

Trend-in məlumatına görə, faktı Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti təsdiqləyib.

Məlumata görə, Avanqard kəndində dönərxanalardan birində satılan şaurmanı yedikdən sonra 30 nəfər vilayət xəstəxanasına müraciət edib. Bəzi xəstələr artıq evə buraxılsa da, 18 nəfərin hələ də xəstəxanada müalicəsini davam etdirdiyi bildirilir.

Faktla bağlı müvafiq qurumlar artıq araşdırmalara başlayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  nəfər şaurmadan zəhərləndi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ