Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2019 14:16
"Barselona"nın prezidenti Xosep Mariya Bartomu PSJ-nin futbolçusu Neymarın Kataloniya klubununun keçidinin alınmamasını şərh edib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Paris təmsilçisinin yüksək tələbləri səbəbindən braziliyalı oyunçunun transferinin alınmadığını təsdiqləyib. Klub rəhbəri bildirib ki, PSJ Neymar üçün 150 milyon avro, həmçinin 3 futbolçu – Jan-Klera Todibo, İvan Rakitiç və Usman Dembelenin icarə verilməsini istəyib.
"Hər şey bitdi. Biz bütün dünya futbolu üçün gülüş mənbəyi olmayacağıq" - deyə Bartomeu bildirib.
Qeyd edək ki, Neymarın PSJ ilə müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.