Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişilərin bu aksesuarı beyin qan dövranını pozur

Kişilərin bu aksesuarı beyin qan dövranını pozur

Tarix: 25 Yanvar 2022 01:03

Şlezviq-Qolstayn Universitetinin (Almaniya) Tibb mərkəzinin alimləri sübut edir ki, qalstuk taxmaq beyin qan dövranına mənfi təsir edir.

Saglamolun.az xarici KİV-lərinə istinadla xəbər verir ki, alimlər eksperiment zamanı 2 qrup cavan sağlam kişilərə nəzarət edirdi. Bir qrupda olanlar qalstuk taxırdı və gün ərzində onu çıxartmırdı, digər qrupda olanlar isə ümumiyyətlə qalstuk taxmırdı.

Müayinə zamanı məlum olub ki, birinci qrupda olan kişilərin əksəriyyətində beyin qan dövranında pozulmalar var. 2-ci qrupda olanlarda isə bu pozulmalara rast gəlinməyib.

Mütəxəssislər xəbərdarlıq edir ki, boyun damarlarının qalstukla uzun müddət ərzində sıxılması yolverilməzdir. Bu səbəbdən işlə bağlı olaraq daim qalstuk taxmalı olan kişilər onu sıx bağlamamalı və vaxtaşırı olaraq qalstuku çıxartmalıdırlar.


Etiketlər:  Kişilərin aksesuarı beyin dövranını pozur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ