Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi vətəndaşların müvəqqəti qeydiyyatı ləğv edilir - Səbəb nədir? - VİDEO

Bəzi vətəndaşların müvəqqəti qeydiyyatı ləğv edilir - Səbəb nədir? - VİDEO

Tarix: 26 Yanvar 2022 19:08

Bəzi vətəndaşlar polis orqanlarının inzibati binalarından müvəqqəti qeydiyyatdan çıxarılaraq, faktiki yaşayış yeri üzrə qeydiyyata salınacaqlar.

Söhbət yaşayış yeri və ya başqa ünvana qeydiyyata düşmək imkanı olan şəxslərdən gedir.

Səbəb bu sahədəki mövcud pərakəndəliyi, neqativ halları aradan qaldırmaqdır.

Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev deyir ki, hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə bağlı dövlər qurumlarından polis orqanlarına sorğular daxil olduqda bəzi şəxsləri tapmaqda çətinlik çəkirlər. Ona görə də bu kateqoriyadan olan vətəndaşların faktiki yaşayış yerlərinin və ya başqa ünvana qeydiyyata düşmək imkanlarının olub-olmaması araşdırılır.

Aparılan araşdırmalar zamanı məlum olub ki, polisin inzibati binalarında  müvəqqəti qeydiyyatda olan şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərə, mənzillərə  köçüblər. Lakin nə polis orqanlarında qeydiyyatdan çıxıblar, nə də bu barədə polisə məlumat veriblər. Məhz bu səbəblərə görə Daxili İşlər Nazirliyi hərəkətə keçib.

Heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis orqanına müraciət edərək yaşadıqları ünvanı bildirməlidirlər. Bu halda qeydiyyat məsələsinə təkrar baxıla bilər.

Sonxeber.net Xəzər Tv-nin videomaterialını təqdim edir:


Etiketlər:  Bəzi vətəndaşların müvəqqəti qeydiyyatı ləğv edilir Səbəb nədir VİDEO


RƏYLƏR