Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hamiləliyə arvadı məzuniyyətdə olan kişilərə 14 gün ödənişli məzuniyyət verilə bilər

Hamiləliyə arvadı məzuniyyətdə olan kişilərə 14 gün ödənişli məzuniyyət verilə bilər

Tarix: 27 Yanvar 2022 12:34

Əmək qanunvericiliyinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair yeni qanun layihəsi hazırlanıb.

Bu barədə Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, layihədə bir çox təkliflər, eləcə də əmək məzuniyyətləri ilə bağlı bir sıra yeni təkliflər əksini tapır.

Bu təkliflərdən biri də Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməsini, yəni, hamiləliyə və doğuşa görə arvadı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsini nəzərdə tutur.

Məcəlləyə dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırda aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Bu mərhələdən sonra layihə aidiyyəti üzrə təqdim ediləcək.


Etiketlər:  Hamiləliyə arvadı məzuniyyətdə olan kişilərə gün ödənişli məzuniyyət verilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ