Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2022 17:48
Bakıda hoteldə müğənni Aygün Mirzəyevanı öldürməyə cəhd edən Əli Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sonxeber.net xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ə.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyulunda paytaxtın Nizami rayonunda baş verib. Aygün Mirzəyevanın çoxsaylı xəsarətlər alması barədə Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla müəyyən edilib ki, Əli Məmmədov şəxsi münasibətlər zəminində rayon ərazisindəki hotellərin birində Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd edib.
A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.