Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putini narahat edən nədir?

Putini narahat edən nədir?

Tarix: 27 Yanvar 2022 22:10

Moskva Kiyevin "ağası" olsa da, Ukrayna Rusiya liderinin "xarici siyasət ustası" imicini uğurla dağıdır.

Ukraynada baş verən böhran sakitləşmir. Rusiya qoşunlarını ölkənin şərq sərhədində yerləşdirməyə başlayandan bəri mümkün işğal narahatlıqları artıb və beynəlxalq ritorika daha da kəskinləşib, Vladimir Putin və Co Bayden arasındakı danışıqlar isə heç də de-eskalasiyaya gətirib çıxarmayıb.

Sonxeber.net politicon.co-ya istinadən bildirir ki, gözlənilətiləri çox olan və güman ki, az şeyi dəyişən iki liderin görüşündən bir neçə gün sonra Putin bildirib ki, Donbasdakı vəziyyət "soyqırımı" xatırladır, "rusofobiya isə buna ilk addım olub". Video bağlantısından sonra Bayden Putinə bildirib ki, Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə "dəhşətli əvəz" ödəyəcək və dağıdıcı iqtisadi fəsadlarla üzləşəcək. Avropa İttifaqı isə reaksiya verərək rus "Vaqner" qrupuna, eləcə də digər üç hüquqi və fiziki şəxsə qarşı artıq sanksiyalar tətbiq edib.

Yağış xəbərdarlıqları

Əks istiqamətdə hər tərəfdən xəbərdarlıq və təhdidlər gəlirdi. G7 qrupu Rusiyaya Ukraynaya hücum edəcəyi təqdirdə "ciddi nəticələr" barədə xəbərdarlıq etdi. NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna qarşısında 2008-ci ildə ölkənin Qərb hərbi alyansına üzv olacağı barədə öhdəliyini geri götürmək tələblərini rədd etdi.

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın Ukraynaya qarşı istənilən hərəkətinin əhəmiyyətli nəticələr verəcək "strateji səhv" olacağını bəyan edib, müdafiə naziri Ben Volles isə Putini ordusunu çıxarmağa çağırıb və ciddi fəsadlar barədə xəbərdarlıq edib.

Gərginlik artdığı halda, ekspertlər ümumilikdə Rusiyanın hərbi müdaxilə ehtimalının az olduğu qənaətindədirlər. Serbiyanın Rusiyadakı keçmiş səfiri Elisa Kuryak bu yaxınlarda "Blic" qəzetinə bildirib ki, açıq hərbi münaqişə mümkün deyil və onun Şərqlə Qərb arasındakı münaqişə yaratma ehtimalı "sıfıra bərabərdir".

- "O vaxtlar keçib və indi hər hansı digər vasitələr və üsullar işə düşür", -deyə Kuryak "Blic"a müsahibəsində deyib.

Birləşmiş Ştatlar dekabrın 7-də Putin və Bayden arasındakı videobağlantı ərəfəsində potensial müdaxiləyə cavab olaraq NATO-nun şərq cinahına möhkəmləndirmə göndərəcəyini bəyan etsə də, Amerika prezidenti daha sonra deyib ki, qoşunlarını Ukraynaya yollamayacaq.

- "ABŞ-nin Ukraynaya müdaxiləsi halında Rusiyaya qarşı birtərəfli qaydada güc tətbiq edəcəyi ideyası hazırda real deyil", - deyə Bayden bildirib.

 
"Böyük münaqişə ehtimalı 30%-ə qədərdir"

Topçubaşov Bakı Analitik Mərkəzinin həmtəsisçisi, Azərbaycan və Avropa siyasəti, kimlik siyasəti və beynəlxalq siyasi iqtisadiyyat üzrə ekspert Murad Muradov hesab edir ki, Rusiyanın hücum ehtimalı 25-30 faiz təşkil edir.

-  "Böyük münaqişə ehtimalını, baxmayaraq ki, o, hələ qaçılmaz deyil, 25-30 faiz olaraq qiymətləndirmək olar", - Muradov "Blic"-ə bildirib.

O, Rusiya prezidentinin Ukraynanı "yarımçıq iş" kimi qəbul etdiyini və Kiyevin Rusiyadan uzaqlaşmasının "narahatlıq doğurduğunu" söyləyib.

-  "Bir tərəfdən Putin və Rusiyanın "siloviklər" elitası Ukraynanı yarımçıq bir iş kimi qəbul edir, başa düşür ki, Ukrayna ordusu və cəmiyyəti 2014-2015-ci illərdə gözlənildiyindən daha çox döyüş ruhu və dəyanəti nümayiş etdiriblər və Rusiyanı öz ambisiyalarını azaltmağa məcbur ediblər, halbuki Ukraynada yaranmış anti-Rusiya konsensusu nümayiş etdirir ki, Moskvanın "yumşaq güc" və iki yaxın xalqın qardaşlığının "Kiyevin antimilli xuntası" tərəfindən pozulduğunu sübut etmə cəhdləri uğursuz olub. Bu, Putini və onun yaxın ətrafını məyus edir və illərdir yaratdığı xarici siyasət ustasının imicini pozur", - Muradov deyir.

Azərbaycanlı analitik əlavə edib ki, Ukrayna problemi ilə bağlı inadkar mövqeliləri və "yekun həll"  tərəfdarlarını da nəzərə almaq lazımdır.

-  "Onlara hazırda Putinin əhatəsində yeddi il əvvəl (Krımın ilhaqından sonra) olduğundan daha çox əhəmiyyət verilir. Putin irimiqyaslı müharibənin əleyhinə olsa da, elitadaxili dinamika tədricən regional sülhə təhdid doğuracaq istiqamətdə dəyişir. Neçə illik sanksiyalar bu qrupları müəyyən dərəcədə konsolidə edib və özünü Rusiya zəminində repressiv təcrübələrin kəskin şəkildə yayılması və vətəndaş cəmiyyətinin boğulması, "xarici agentlər" və söz azadlığına qarşı əzazil qanunlarının tətbiqi ilə göstərən acı hiddət doğurub. Odur ki, indi o, rasional hesablamalardan deyil, qisasçılıq və simvolik siyasət motivlərinə əsaslanaraq hərəkət edəcək", - deyə Muradov bildirib.

Donbass üçün diplomatik həllə nail olmaq istəyən Ukrayna Prezidenti Vladimir Zelenski çərşənbə axşamı bəyan edib ki, Baydenin sanksiyalarla bağlı təhdidləri kifayət qədər olmayıb, Muradov da bildirib ki, Qərb liderləri Moskvanın qarşısını almaq üçün Ukraynanın müdafiəsinə sadiqliyini kifayət qədər nümayiş etdirmirlər.

- "Bu, Rusiya elitasının şüurunda alçaldılma və cəzasızlıq hisslərinin təhlükəli birləşməsini yaradır. Krımda hər il daha da şiddətlənən su çatışmazlığı problemi ilə əlaqədar narahatlıqlar da var. Bu, Rusiyanın apreldə müzakirələr zamanı həmləyə keçməsinin əsas motivlərindən biri idi və mütləq ki, hələ gündəmdə qalacaq. Problemin həlli məqsədilə cənubdan hücum və eyni zamanda Krımla Donbass arasında quru dəhlizinin açılması ən çox təklif olunan və müzakirə olunan ssenarilərdən biridir", - Muradov bildirir.

Lakin Muradovun qeyd etdiyi kimi, Rusiyanın açıq aqressiyasına mane olan bir çox amillər var və onlardan biri Rusiyanın Ukraynanın döyüşməyə hazır olduğunu və indi yeddi il əvvəl olduğundan daha yaxşı silahlahmasını başa düşməsidir.

- "Ukraynanın son əldə etdiklərinə Amerikanın daşına bilən tank əleyhinə raket və "AN/TPQ-53" çevik reaksiya qabiliyyətli yüngül radar sistemləri, Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatları və patrul katerləri daxildir."

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu yaxınlarda bəyan edib ki, işğal başladılacağı təqdirdə "bir çox rus əsgərləri həlak olacaq", Kiyevin meri Vitali Kliçko də bu sərt ritorikaya qoşulub.

- "Biz, Ukraynada hamı hazırlaşır ki, Rusiya prezidenti Vladimir Putin müharibənin başlanması haqqında əmr verəcək. Mən əsgər olanda and içmişəm ki, bu ölkəni müdafiə edəcəyəm və indi vətən uğrunda döyüşməyə hazıram", - keçmiş boksçu "Bildu" deyib.

Rusiyanın ümidi

Muradov bildirib ki, potensial işğal uzun sürən döyüşə çevriləcək və bu, külli miqdarda xərc və kütləvi səfərbərlik tələb edəcək ki, bu isə "yaxşı, kiçik müharibə"nin özlərinə toxunmadığı müddətcə cəlbedici variant olaraq qaldığı Rusiya kütlələri arasında çətin ki, populyar olsun.

"Putin açıq şəkildə anlayır ki, böyük hücum, çox güman ki, Moskvanın maliyyə axınlarının qarşısının alınması və istənilən texnoloji və elmi mübadilənin qadağan edilməsi də daxil olmaqla, daha sərt Qərb sanksiyalarına səbəb olacaq", - Muradov bildirib.

O, qeyd edib ki, bu amil elitalara ciddi siyasi və şəxsi ziyan vura bilər və məhz buna görə Rusiya Ukrayna hökumətini nüfuzdan salmağa çalışır.

-  "Rusiyanın ümidi Ukrayna prezidentini o qədər dişbatan hala gətirməkdir ki, o özü ilk hücumu başlatsın, və beləliklə Moskvaya hərbi əməliyyatları bərpa etmək və ya Ukraynadakı daxili xaosu qızışdırmaq və Rusiya şərtlərini qəbul etməyə daha çox meylli olan zəif hökumətləri hakimiyyətə gətirmək üstünlüyünü tanısın", - deyə Muradov qeyd edib.

"Şimal Axını-2"

Moskva üçün ideal ssenari Ukraynada iğtişaşların yaşanmasıdır, əsas məqamlardan biri isə birbaşa Rusiyadan Almaniyaya gedən "Şimal Axını-2" qaz kəməridir. Ukrayna tranzitindən yan keçməklə Rusiya Kiyevin mümkün müdaxilənin qarşısını almaq üçün son kozırlarından birini sıradan çıxaracaq. Bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken xəbərdarlıq edib ki, "Rusiyanın Ukraynaya qarşı aqressiyasını davam etdirəcəyi təqdirdə qazın "Şimal Axını-2" kəməri ilə nəql olunacağı ehtimalı azdır".

- "Rusiyanın məhz qaz kəmərinə yaşıl işıq veriləndən sonra təcavüzkar ritorikasını artırması və qoşunlarını Ukrayna ilə sərhəd boyunca yerləşdirməsi təsadüfi deyil. Moskva Ukraynaya qaz ixracını məhdudlaşdırmaqla və bunu təhdid kartı kimi işlətməklə Ukraynadakı daxili narazılığı artıracaq soyuq, istiliksiz bir qış yaratmağı ümid edir və  Kiyevi Qərbi Avropa üçün etibarsız tərəfdaş kimi təqdim edir. Kiyevi möhtəviyyatı etibarilə "təbii Avropa maraqları" üçün təhdid təşkil edən "yaramaz uşaq" kimi göstərmək artıq çoxdan Rusiya oyununun daimi xüsusiyyətinə çevrilib, enerji təhlükəsizliyinə gəldikdə isə, Avropanın bir çox qulaqları buna xüsusilə həssas yanaşır", - Muradov bildirib.

"Rusiyanın hibrid müharibəsi"

Qaz kəməri Ukraynadakı yeganə problem deyil. Noyabrın sonunda Zelenski guya dekabrın 1-nə planlaşdırılan dövlət çevrilişinin araşdırılması çərçivəsində Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat departamentinin rəhbərini dəyişib.

Dekabrın 1-də Kiyevdə iddia edilən dövlət çevrilişi cəhdi ilə əlaqədar etiraz aksiyası

- "Moskva burada təhlükəli dərəcədə müəmma dolu münaqişəyə girmədən Ukraynada qazanclarını artırmaq üçün ideal senari görür. Buna isə Ukraynada daxili iğtişaşların növbəti mərhələsindən daha çox heç nə bu qədər kömək etməz, çünki birincisi bu, Ukraynanın Şərqdəki status-kvonu uğurla müdafiə etmək qabiliyyətini tamamilə məhdudlaşdıracaq, ikincisi Kiyevdə Moskvanın "təsir agentlərinə" məsuliyyətsiz müharibə yaratmağa böyük imkan verəcək, beləcə Rusiyanın sərt cavabını haqlılaşdıracaq, üçüncüsü isə Ukraynanın Qərbdə etibarlı tərəfdaş kimi imicini yerləyeksan edəcək, onları Kiyevə fəal dəstək verməkdən yayındıracaq", - Muradov bildirib.

O qeyd edib ki, Moskva ilə Kiyev arasında gərginliyin həmzaman artması və Zelenskinin Ukraynada tənqid atəşinə tutması təsadüf yox, "Rusiyanın Hibrid müharibəsinin daha bir epizodu"dur.

- "Əlbəttə, radikal millətçilər Ukraynada hakimiyyətə gəlsələr və ya ən azı hökumətə nə etməli olduqlarını diktə etməyə başlasalar, bu, Moskva üçün reaksiya verməyə gözəl imkan olardı", - Muradov fikrini belə yekunlaşdırıb.


Etiketlər:  Putini narahat edən nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ