Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nanə Anar Ağakişiyevə görə ATV-dən gedir?

Nanə Anar Ağakişiyevə görə ATV-dən gedir?

Tarix: 28 Yanvar 2022 13:15

Aparıcı Nanə Ağamalıyevanın uzun illərdir çalışdığı "Azad Azərbaycan" (ATV) telekanalı ilə yollarını ayırdığı iddia olunur.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, aparıcı şirkətdə vəzifəyə gətirilən stilist Anar Ağakişiyevlə aralarında yaranan fikir ayrılığı səbəbindən "Günün sədası" verilişinin  ötəngünkü canlı efirindən sonra əşyalarını toplayıb və ATV-dən gedib.

Belə ki, A.Ağakişiyevə telekanalın efirinə çıxan aparıcıların saç və makiyajına nəzarət etməsi tapşırılıb. Rəhbərlik isə əməkdaşlarına bildirib ki, stilistin fikri ilə razılaşmayanlar işdən çıxa bilər. N.Ağamalıyevanın da gedişi bununla əlaqəlidir.

Bu gün isə ATV-də saat 15:00-a kimi profilaktika olduğundan aparıcı efirə çıxmayıb. Onun sabahkı efirə gəlib-gəlməyəcəyi isə sual altındadır.

Telekanalın mətbuat katibi Ozal İbrahimli "Qafqazinfo"ya açıqlamasında yayılan məlumatın əsassız olduğunu bildirib.

N.Ağamalıyevanın özü ilə əlaqə saxlamağa çalışsaq da, nömrəsinə zəng çatmayıb, A.Ağakişiyev isə zənglərimizi cavabsız qoyub.


Etiketlər:  Nanə Anar Ağakişiyevə görə dən gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ