Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2022 18:08
Rusiyaya qarşı aqressiya olarsa, Belarus bu müharibədə iştirak edəcək.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Belarus lideri Aleksandr Lukaşenko xalqa müraciətində deyib.
"Əgər müttəfiqimiz Rusiyaya kənar hücum olarsa və bu aqressiya Rusiyanın ərazisinə qarşı baş tutarsa, Belarus bu müharibədə iştirak edəcək. Bunun əsası bizim müttəfiq müqavilələrimizdir", - Lukaşenko bildirib.
O, həmçinin qeyd edib ki, Belarusa qarşı aqressiya halında yüz minlərlə rus hərbçisi ölkəyə daxil olacaq.
Lukaşenko Rusiya və KTMT ilə əlaqələri gücləndirməyin lazım olduğunu da vurğulayıb:
"Qazaxıstan nümunəsi göstərdi ki, KTMT Avrasiya məkanında təhlükəsizliyi operativ şəkildə təmin etməyə qadirdir. Kollektiv təhlükəsizlik qüvvələri stabilliyin yaranmasında açar rolunu oynadı. İttifaq Dövlətinin yeni hərbi doktrinası regionumuzda sülh təminatını gücləndirəcək. Cəmi 2500 yaxşı hazırlanmış əsgər Qazaxıstanda problemi həll etdi".