Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazarbayevin qızı hakim partiyanın siyasi şurasının üzvlüyündən çıxıb

Nazarbayevin qızı hakim partiyanın siyasi şurasının üzvlüyündən çıxıb

Tarix: 28 Yanvar 2022 18:20

Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva Qazaxıstanın hakim "Nur Otan" Partiyasının siyasi şurasının üzvləri arasında yer almayıb.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə partiyanın saytında məlumat yerləşdirilib.

Məlumata görə, Qazaxıstanın keçmiş Baş naziri Əskər Mamin də adı siyasi şuranın üzvləri arasında öz əksini tapmayıb.

Qeyd edək ki, yanvarın 28-də "Nur Otan" Partiyasının növbədənkənar XXI qurultayı keçirilib. Ölkə Prezidenti Kasım-Jomar Tokayev partiyanın sədri seçilib.

Xatırladaq ki, Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva 2019-2020-illərdə Qazaxıstan Senatının sədri olub.


Etiketlər:  Nazarbayevin qızı hakim partiyanın siyasi şurasının üzvlüyündən çıxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ