Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi

Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi

Tarix: 29 Yanvar 2022 08:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın açıqlama yayıb.

O bildirib ki, Kılıçdaroğlu yanvarın 26-da Tvitterdə paylaşdığı videoda Prezident Ərdoğanın ünvanına əsassız ittihamlar səsləndirərək, hüquqlarını kobud şəkildə pozub.

Vəkil qeyd edib ki, Ankara Baş Prokurorluğunda müxalifət liderinə qarşı "prezidenti təhqir etmək" iddiası ilə cinayət işi açılıb.

H.Aydın həmçinin Kılıçdaroğluna qarşı Ankara Mülki Məhkəməsində 250 min lirəlik təzminat iddiasının da açıldığını deyib.


Etiketlər:  Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi


RƏYLƏR