Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2022 14:20
Sabah Xalq artistləri Alim Qasımovun nəvəsi Fatimə ilə "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Ümidin toyu olacaq.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, məclis müğənni Elçin Hüseynovun rəhbərlik etdiyi "Niel Saray"da keçiriləcək.
Gecəyə incəsənət və digər sahələrin tanınmış şəxsləri dəvət edilib.
Qeyd edək ki, Ümid atası kimi nağara ifaçısıdır. Fatimə isə A.Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımovanın övladıdır. Cütlüyün nişanı bir müddət əvvəl A.Qasımovun evində baş tutub.