Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2022 16:36
Rusiyanın Sankt-Peterburq şəhərində xəstələrin mədə müayinəsi nəticəsində öldüyü xəstəxananın baş həkimi saxlanılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qeyd edilir ki, "1 saylı Şəhər Konsultativ-Diaqnostika Mərkəzi"ndə ölən üç nəfərdən başqa daha üç nəfər hələ də reanimasiyadadır. Həkimlər onların həyatları üçün mübarizə aparırlar.
Prosedur zamanı sənaye üsulu ilə istehsal olunan aşağı keyfiyyətli barium istifadə edilə biləcəyi istisna olunmur. Başqa bir versiyaya görə, maddə xəstələrin müayinəsindən bir müddət əvvəl zəif qarışdırılıb.