Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peruda Ubinas vulkanının kraterində partlayış qeydə alınıb

Peruda Ubinas vulkanının kraterində partlayış qeydə alınıb

Tarix: 4 Sentyabr 2019 04:08

Bakı. Trend:

Perunun Geofizika İnstitutu Ubinas vulkanının kraterində partlayış qeydə alıb.

Trend-in məlumatına görə, bu barədə İnstitutun "Twitter" səhifəsində məlumat yayılıb.

İnstitutdan verilən məlumata görə, partlayış nəticəsində cənub və cənub-şərq istiqamətlərində 1,3 km hündürlüyündə kül sütunu atılıb.

Qeyd edilir ki, yeni partlayışların baş verməsi və külün atılması istisna edilmir.

Ubinas vulkanının kraterində sonuncu dəfə partlayış bu ilin 22 iyulunda qeydə alınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Peruda Ubinas vulkanının kraterində partlayış qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ