Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2022 22:36
Dünyadakı "IKEA" mağazalarının əksəriyyətinə cavabdeh olan "Ingka Group", bu ayın əvvəlində Floridada 3000 hektar ərazi aldığını bildirib.
Sonxeber.net facemark.az-a istinadən bildirir ki, şirkət fırtına nəticəsində zədələnmiş və tərk edilmiş ərazini zibillərdən təmizləməyi və onu tamamilə yeni meşəyə çevirməyi planlaşdırır. Bölgədə ən az 650 min ağacın əkiləcəyi təxmin edilir.
Qeyd edək ki, "IKEA" daha əvvəl ABŞ-ın Corciya ştatında və Yeni Zelandiyanın Otaqo bölgəsində oxşar torpaq investisiyaları və meşəsalma tədqiqatları həyata keçirib.