Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2022 21:02
ABŞ-ın keçmiş prezidenti Donald Tramp xələfi Co Baydeni ona qarşı korrupsiya təhqiqatına başlayacağı ilə hədələyib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Tramp bunu Texasda keçirilən mitinqdə çıxış edərkən söyləyib.
O hesab edir ki, Konqres Respublikaçıların nəzarətinə qayıdan kimi, təhqiqat başlayacaq.
Tramp ümid etdiyini bildirib ki, onun Respublikaçılar Partiyasından olan həmkarları bu il noyabrın 8-də keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatasında və Senatda səs çoxluğu əldə edəcəklər:
"Əmin olun ki, Respublikaçılar Konqresdəki mövqeyini qazandıqdan sonra, Baydenin korrupsiya əməlləri araşdırılacaq və ifşa olunacaq. Baydenlərin Çindən götürdüyü milyonlarla dollar izah edir ki, Çin Kommunist Partiyası niyə bizə və dünyanın qalan hissəsinə yayılan virusa görə məsuliyyətə cəlb edilmədi".
Qeyd edək ki, Ağ Evin hazırkı rəhbəri oğlu Hunterin çoxsaylı xarici biznes layihələrində iştirakı ilə bağlı iddiaları rədd edir.