Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2022 14:50
Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Ümidin qız toyu olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, cütlüyün oğlan toyu fevralın 2-də keçiriləcək. Şəhər restoranlarından birində planlaşdırılan məclisə tanınmış simalar dəvət olunub.
Qeyd edək ki, Fatimə Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümid atası kimi nağara ifaçısıdır. Cütlüyün nişan mərasimi ötən il baş tutmuşdu.