Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhəmməd Əlinin nəvəsi rəqibini nokdauna göndərdi: Babasını məyus etmədi - VİDEO

Məhəmməd Əlinin nəvəsi rəqibini nokdauna göndərdi: Babasını məyus etmədi - VİDEO

Tarix: 31 Yanvar 2022 18:54

Oklahoma ştatının Hard Rock Hotel & Casino arenasında əfsanəvi idmançı Məhəmməd Əlinin nəvəsi Niko Əli Uolş və amerikalı Ceremi Yeqer arasında orta çəkidə döyüş baş tutub.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, Niko Əli Uolş inamlı qələbə ilə boks həvəskarlarının ümidlərini doğruldub.O, bunu həm də parlaq şəkildə edib.

Döyüşün ikinci raundunda Uolş sağ əllə Yeqeri şoka salıb və rəqibini kətan üstünə göndərib.

Hakim mübarizəni vaxtından əvvəl bitirməliydi, amma o, başqa qərar verib. Yeqer ayağa qalxıb, lakin qaçırılan yumruq seriyasından sonra hakim müdaxilə edib və döyüşü dayandırıb.

Boks əfsanəsinin nəvəsi pro rinqdə dördüncü qələbəsini qazanıb, bunun üçünü nokautla əldə edib.

Niko Əli Uolş 2000-ci ildə anadan olub. 10 yaşında boksla məşğul olmağa başlayıb. Anası buna qarşı olsa da, baba nəvəsinin seçimini bəyənib.

"Bütün ömrüm boyu bu təzyiqlə yaşamalı olmuşam. Fərqi yoxdur, məktəb və ya idmandı. Məni həmişə babamla müqayisə edəcəklər. Amma mən güclüyəm, çünki Məhəmməd Əlinin məşhurlaşdığı idmanı seçmişəm", - Niko vurğulayıb.


Etiketlər:  Məhəmməd Əlinin nəvəsi rəqibini nokdauna göndərdi Babasını məyus etmədi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ