Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tovuzda bəzi küçələrdə ünvan lövhələri yoxdur - VİDEO

Tovuzda bəzi küçələrdə ünvan lövhələri yoxdur - VİDEO

Tarix: 31 Yanvar 2022 19:06

Tovuz şəhərində bəzi küçələrin adları yoxdur. Adları olanların isə məlumat lövhələrində çatışmazlıqlar var.

Sakinlərin sözlərinə görə, adsız küçələrlə bağlı problem yaşanır.

Başqa rayonun və ya kəndin sakini qonaq gedəcəyi ünvanı tapmaq üçün əksər hallarda ev sahibi el arasında tanınan bir bina, obyekt, mağaza, yol ayrıcları kimi yerləri nişan verir. Buna görə də insanlar küçələri istədikləri kimi adlandırırlar.

Mövcud vəziyyətlə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, qanunvericiliyə görə küçələrə adların verilməsi və dəyişdirilməsi sakinlərinin rəyi nəzərə alınmaqla yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Qeyd edilib ki, ünvan lövhələrinin quraşdırılması, korlanmamasına nəzarət və buna görə hansısa məsuliyyətin nəzərdə tutulması qanunla tam tənzimlənmir. Əlavə edilib ki, bu məsələnin yerli icra hakimiyyətləri tərəfindən aparılması üçün təkliflər hazırlanıb və aidiyyəti dövlət orqanlarına təqdim edilib.

Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Fuad Rzayev bildirib ki, şikayət etdikləri küçəyə iki ay əvvəl Vətən müharibəsi şəhidi baş-leytenant Əfşan Hüseynovun adı verilib. Sadəcə ünvan lövhəsi vurulmadığından onlar məlumatsızdırlar.

''Əgər adsız və ya bir neçə adlı küçələr də varsa, bununla bağlı sakinlər rayon icra hakimiyyətinə müraciət edə bilərlər'',-deyə məlumatda bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Tovuzda bəzi küçələrdə ünvan lövhələri yoxdur VİDEO


RƏYLƏR