Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həyatım təhlükədədir, vəzifəli şəxs məni...'' - Çimnaz Sultanova hədələndiyini AÇIQLADI

''Həyatım təhlükədədir, vəzifəli şəxs məni...'' - Çimnaz Sultanova hədələndiyini AÇIQLADI

Tarix: 1 Fevral 2022 23:18

Akrtisa Çimnaz Sultanova həyatının təhlükədə olduğunu bildirib.

Sonxeber.net yenisabah.az-a istinadən bildirir ki, sənətçi evindən külli miqdarda oğurluq hadisəsini ictimailəşdirdikdən sonra ona təhdid zənglər gəldiyini deyib.
O, adını çəkmək istəmədiyi vəzifəli şəxslər tərəfindən hədələndiyini iddia edib:

"Hazırda gərginlik içindəyəm. Mənə zəng vurub hədələyirlər, qorxuram. O adamın adını çəkmək istəmirəm. Bu hədə-qorxular evimdə baş verən oğurluq hadisəsini ictimailəşdirməyimdən sonra oldu".

Xatırladaq ki, oğurluq hadisəsi aktrisanın 2018-ci ildə yaşadığı Binəqədi rayonu ərazisində yerləşən evində baş verib.

Ç.Sultanovanın sözlərinə görə, prodüser Zərif Əlixanova yeniyetmə qızı ilə birgə müxtəlif vaxtlarda aktrisanın evdən 80 min avro dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.


Etiketlər:  Həyatım təhlükədədir vəzifəli şəxs məni Çimnaz Sultanova hədələndiyini AÇIQLADI


RƏYLƏR