Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın dövlət borcu limitinin artırılması bitcoin üçün “reklam” olacaq

ABŞ-ın dövlət borcu limitinin artırılması bitcoin üçün “reklam” olacaq

Tarix: 1 Fevral 2022 23:24

ABŞ Konqresi dövlət borcunun limitinin 2,5 trilyon dollar artırılmasını təsdiqləyib. Qanun layihəsinin lehinə 229, əleyihnə isə 209 senator səs verib. Nəticədə qanun layihəsi qəbul edildi və federal hökumətin "borc tavanı" limitini daha 2,5 trilyon artıraraq 31,4 trilyon dollara çatdırıldı. Bu qərar bir daha ABŞ-ın defolt təhlükəsini ən azı 2023-cü ilin əvvəlinə qədər təxirə salacaq. Şübhəsiz ki, "borc tavanı" limitinin artırılması dolların inflyasiya sürətini daha da sürətləndirəcək və qızıl, bitcoin və digər alternativ investisiya alətlərinin dəyərinin artmasına səbəb olacaqdır.

ABŞ konqresinin "borc tavanı" limitinin artırılmasını təsdiq etməsi kriptovalyuta cəmiyyətidə müsbət xəbər kimi qarşılandı. Gemini kriptovalyuta birjasının həmtəsisçisi Tyler Winklevoss öz twitter hesabında qeyd edib ki, konqresin bu qərarı "bitcoin üçün 2,5 trilyon dollar dəyərində bir reklamdır".

MicroStrategy şirkətinin icraçı direktoru Michael Saylor da eyni fikirdədir və öz twitter hesabında "Belə görünür ki, #bitcoin dövlət dəstəyinə malikdir..." yazıb.


Etiketlər:  ABŞ dövlət borcu limitinin artırılması bitcoin üçün reklam olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ