Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2022 23:51
Böyrəklərimizin əsas funksiyası bədəndə əmələ gələn mübadilənin son məhsullarını və artıq suyu uzaqlaşdırmaqdır. Bu proses bədənimizin daxili mühitinin və kimyəvi tərkibinin stabil saxlanılması üçün çox vacibdir.
Sonxeber.net xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin nefroloqu Xəyalə Quluzadə bildirib.
O, böyrəklərin qorunması üçün bir sıra "Qızıl qaydalar"ın mövcud olduğunu qeyd edib.
Xəyalə Quluzadə böyrəklərin sağlamlığını qorumaq üçün hər kəsə aşağıdakı qaydalara riayət etməyi məsləhət görüb:
- Müntəzəm olaraq idmanla məşğul olmaq,
- Çəkini nəzarətdə saxlamaq,
- Düzgün qidalanmaq,
- Siqaret və alkoqoldan uzaq olmaq,
- Arterial təzyiqə nəzarət etmək,
- Duz qəbulunu azaltmaq,
- Ağrıkəsicidən istifadə etməmək,
- Gündəlik ən azı 1.5, 2 litr maye qəbul etmək.
Həkim həmçinin hər bir vətəndaşın ildə ən azı bir dəfə nefroloq tərəfindən müayinədən keçməsini tövsiyə edir. /medicina.az