Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2022 11:35
Bakı haqda səsləndirdiyi təhqiramiz ifadəyə görə tənqid olunan repçi Navai (Nəvai Bəkirov) növbəti addımı ilə diqqət çəkib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, Azərbaycan xalqına səslənib üzr istədiyi videonu instaqram səhifəsindən silib. Onun bu hərəkəti müzakirələrə səbəb olub.
Qeyd edək ki, bir neçə gün öncə reperin Bakının ünvanına nalayiq ifadə səsləndirdiyi video yayılmışdı. Bu sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin şəkildə qınanılmışdı. Navai əvvəlcə həmin görüntülərin montaj olduğunu söyləsə də, sonra səhvini qəbul edərək üzr videosu çəkmişdi. O, sözügedən kadrlarda sərxoş olduğunu, səhv etdiyini demişdi.